Müğənni Mətanət Əsədova ilə vəkil Zülfiyyə Bayramova arasında mübahisə düşüb. "Elgizlə izlə" verilişinə qonaq olan Mətanət anasından şikayət edən bir oğlana irad bildirib.
"Kaş anam məni atardı, ikinci dəfə ərə gedərdi, amma sağ olardı. Anaların səhvi olmur. Ana öz kefindən nəsə etmir. Nəyisə məcbur qalır edir. Nə qədər zülm, şiddət də görsəm, valideyndə səhv görmürəm" deyən, Mətanətə Zülfiyyə etiraz edib.