BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan XİN rəhbəri türkiyəli həmkarını təbrik etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.

 

Mirzoyan Fidanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

 

Tərəflər iki ölkə arasında münasibətlərin tənzimlənməsi istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

 

Xatırladaq ki, Fidan bundan əvvəl Türkiyənin Milli Kəşfiyyat Xidmətinə rəhbərlik edib./Report

Tarix: 7 İyun 2023, 22:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin