Bakıda avtobusdan enən şagirdi avtomobil vurub.
Hadisə paytaxtın Yasamal rayonu, Parlament prospektində baş verib.
Minik avtomobili dayanmış avtobusu sağdan ötməyə çalışıb. Bu zaman avtobusdan düşən məktəbli qızı vurub.
Xəsarət alan Elm və Təhsil Nazirliyinin İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Nərmin İmanzadə Kliniki Tibbi Mərkəzin Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib.
Valideyninin razılığı ilə məktəblinin də fikirlərini öyrəndik.
Minik avtomobilinin sürücüsü isə kamera qarşısında müsahibədən imtina etdi.