Məzmuna keç
Pravda.az — xəbər portalı
Qarabağ

BQXK nümayəndələri Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər

723
Paylaş:
BQXK nümayəndələri Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər

İyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda (mayın 26-da) Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər.

Bu barədə komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

"Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin məlumatında qeyd edilib.

Paylaş:

Ən son xəbərlər