Daxili İşlər Nazirliyinə (DİN) naməlum şəxsin instaqram sosial şəbəkəsində vətəndaşlara müxtəlif şirnikləndirici vədlər verərək dələduzluq yolu ilə onları aldatdığı barədə çoxsaylı şikayətlər daxil olub.
DİN-dən verilən məlumata görə, qeyd edilən qanunazidd əməlləri törədən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb.
Müəyyən edilib ki, Rüfət Mustafayev son bir neçə ay ərazində instaqram sosial şəbəkəsində “kredit evi”, “faize.pull2022” və digər adlarda səhifələr yaradaraq kredit verəcəyi, eləcə də Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək 120 fakt üzrə vətəndaşlara qarşı dələduzluq edib. Bu və digər üsullarla o, zərərçəkənlərin 30 min manata yaxın pulunu ələ keçirib.