Bayıl qəsəbəsində dərədə tikilən evlərin birinin üzərinə qaya parçası düşüb.
Xoşbəxtlikdən həmin ərəfədə ev sahibləri mənzildə olmayıblar. Bu hadisədən sonra ərazidə yaşayan digər sakinlər də narahat olublar. Çünki hadisənin yenidən təkrarlanacağı təqdirdə sağ qalacaqlarına ümid etmədiklərini bildirirlər. Pravda.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, hadisə iyun ayının 6-sı baş verib.
2004-cü ildən bəri ərazidə yaşayan sakinlər bildirirlər ki, təpələrdən daşların yuvarlanıb evlərə sarı gəlməsi nadir hal olsa da, əvvəllər yaşanıb.