Bir neçə gün əvvəl gecə saatlarında Nizami rayonu ərazisində vəkil Şəfiqə Nağıyeva yolu keçərkən taksi sürücüsü tərəfindən vurulub. Bədən xəsarətləri alan vəkil bildirib ki, taksi sürücüsündən anasının xəstə olduğunu və tək ailəyə baxdığı üçün şikayətçi olmayıb. Bizim.Media xəbər verir ki, “Ümid ilə gəl” ictimai-sosial verilişinin bugünkü buraxılışının canlı efirinə zəng edən həmin taksi sürücüsü Allahverdi Şəfiqə Nağıyevaya bu addımına görə təşəkkürünü bildirib.
“Allah razı olsun Şəfiqə xanımdan. Minnətdarlığımı bildirirəm ki, o məndən şikayətçi olmadı”, - deyə taksi sürücüsü vurğulayıb.