BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və İran XİN rəhbərləri bəzi mövcud problemlər və onların həlli məsələlərini müzakirə ediblər

8 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

 

Pravda.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı zamanı, Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib.

 

Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.

 

Telefon danışığı zamanı həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix: 9 İyun 2023, 00:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin