BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub

Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

 

Pravda.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

 

1982-ci il təvəllüdlü Hafize Gaye Erkan 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib.

 

Təhsilini ABŞ-da davam etdirən Hafize Gaye Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Hafize Gaye Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirib.

Tarix: 9 İyun 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin