Çiyələk xərçəng, katarakt, qlaukoma, ürək-damar xəstəliklərinin qarşısının alınması, həmçinin immunitet sisteminin fəaliyyətinin yaxşılaşdırılması üçün faydalıdır.
Bu barədə rusiyalı elm adamları məlumat veriblər.
Mütəxəssislər bu giləmeyvənin çoxlu antioksidant ehtiva etdiyini, həmçinin orqanizmdə xərçəng və şişlərin inkişafının qarşısını aldığını bildiriblər.
Tibb işçilərinin sözlərinə görə, çiyələk göz üçün də çox faydalıdır. Belə ki, giləmeyvənin tərkibindəki antioksidantlar kataraktın qarşısının alınmasına kömək edir, antosianlar isə qlaukoma riskini azaldır.