Gürcüstan ordusunun azərbaycanlı hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak olub. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu il iyunun 8-də Gürcüstan MN-nin Hərbi Polis Departamenti Müdafiə Qüvvələrinin bölmələrindən birində xidmət edən 2005-ci il təvəllüdlü hərbi qulluqçu Yusif Nəsibovun ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 115-ci (intihar) maddəsi ilə istintaqa başlayıb.
Qeyd olunub ki, hərbi qulluqçu hadisə baş verərkən postda qarovulda olub. Məlumata görə, atəş səsinin gəlməsindən sonra əraziyə baxış keçirilərkən Yusif Nəsibovun meyiti aşkarlanıb.