“Təranə Səmədovanın böyük qızı Suelin imtahanları başlayır. Çox savadlı, ağıllı uşaqdır. O, altı aydır ki, evimdədir. Ona söyləmişəm ki, son bir dəqiqəyə qədər hər zaman yanında olacağam. Kiçik bacısı Adel də yanımda idi. Sadəcə yaşı az olduğuna görə qanunlarımız icazə vermədi ki, o da yanımda qalsın. Altı ay Adel yanımda qaldı sonra isə sığınacağa yerləşdirildi. Görək, anaları Təranə Səmədovanın irəliləyən zamanda həyatı necə olacaq”. Bizim.media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu verilişlərin birində deyib.
Sənətçi dövlət qurumlarına müraciət edərək bildirib ki, hazırda həbs həyatı yaşayan prodüser Təranə Səmədovanın iki qızı Suel ilə Adeli himayəsinə götürmək istəyir:
“Dövlət qurumlarına müraciət edirəm və çox istəyirəm ki, hər iki uşaq yanımda qalsın, mən onları saxlayım. Anaları azadlığa çıxana qədər uşaqlar mənim himayəm altında böyüsünlər. İstəmirəm ki, onlar nədənsə korluq çəksinlər, problemlərlə üzləşsinlər. Onları öz övladlarımdan belə ayırmıram. Övladlarım üçün nə alınırsa, Suelə də, Adelə də bunlar olunur”.
Rəqsanə üzünü Təranəyə tutaraq ona müraciət ünvanlayıb: