BURADA REKLAMINIZ OLA
BİLƏR

Bizim.Media-nın informasiya dəstəyilə keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir - FOTO

Xəbər verdiyimiz kimi iyunun 5-də, Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı öz işinə başlayıb. 

 

Festival Bizim.Media-nın rəsmi informasiya dəstəyi, o cümlədən Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM, digər qurumların təşkilatı dəstəyi ilə gerçəkləşib.

 

Paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının qarşısındakı parkda təşkil olunan festivalda müxtəlif sahələrə dair nəşrlər, eləcə də rəngkarlıq və qrafika sənəti üzrə əl işləri təqdim edilir. 

 

Artıq beşinci gündür ki, davam edən festivala qatılan türk dünyasının tanınmış qələm sahibləri, həm qardaş ölkələrin ədəbi mühiti ilə daha yaxından tanış olur, həm də özlərinin imza günlərini keçirirlər. 

 

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının başlanğıcından etibarən yüzlərlə paytaxt sakini və qonaqlar festivalı ziyarət edirlər. Gün ərzində ən azı 4-5 yazıçı və şairin imza günü baş tutur. Bu da festivala olan ictimai marağı daha da artırır. 

 

Digər maraqlı məqamsa, festivalın hər gününün bir türk xalqının ədəbiyyatına həsr olunmasıdır.

 

Bizim.Media festivala informasiya dəstəyi verməklə türk xalqlarının ədəbiyyatının inkişafına və təbliğinə öz dəstəyini göstərir.

 

Qeyd edək ki, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək.























 

Tarix: 9 İyun 2023, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin