Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb.