Siyəzəndə qohumunun toyunda iştirak edən şəxs üzərində gəzdirməli olduğu elektron qolbağı qıraraq yerə atıb. Qaynarinfo.az-ın məlumatına görə, Siyəzən rayon sakini Sakit (şərti) Xaçmaz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, 4 il 5 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilib. Həmin tarixdə Sakitə elektron nəzarət vasitəsi tətbiq olunub.
Sakit Siyəzən şəhərində yerləşən “Siyəzən Palace” şadlıq sarayında qohumunun toyunda rahat yeyib-içmək, şənlənmək üçün ayağında olan elektron qolbağı dartaraq açıb və mobil qurğu ilə birlikdə cibinə qoyub.