İtaliya hökuməti bu həftə mayın 4-ə qədər tətbiq olunan fövqəladə vəziyyətin mərhələli şəkildə aradan qaldırılması ilə bağlı planı açıqlayacaq.
Pravda.az-ın xəbərinə görə, bu barədə İtaliyanın Baş naziri Cuzeppe Konte rəsmi "Facebook" hesabında bildirib: "Kaş ki, deyə bilərdim: hər şeyi dərhal yenidən açaq. Sabah səhərdən başlayırıq ... Ancaq belə bir qərar məsuliyyətsizlik olardı. Bu, yoluxma əyrisini nəzarətsiz bir şəkildə qaldırar və bu günə qədər etdiyimiz bütün səylərimizi məhv etmiş olar".