Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda 17 yaşlı oğlan iki həmyaşıdını bıçaqladı

695
Paylaş:
Bakıda 17 yaşlı oğlan iki həmyaşıdını bıçaqladı

Bakıda 2 həmyaşıdını öldürməyə cəhd edən yetkinlik yaşına çatmayan şəxs tutulub.


Pravda.az Xəzər Rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə iyunun 10-u saat 01 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib. Yetkinlik yaşına çatmayan iki şəxsə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan araşdırmalarla 2006-cı il təvvəllüdlü M.Babayevin (şərti) aralarında yaranmış mübahisə zamanı iki həmyaşıdına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. M.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.


İbtidai istintaq davam etdirilir.

Paylaş:

Ən son xəbərlər