Ankarada Elmadağ səmtində yerləşən raket və partlayıcı maddə istehsalı müəssisəsində partlayış baş verib.
Bu barədə Ankara valisi Vasip Şahin məlumat verib.
Ankarada Elmadağ səmtində yerləşən raket və partlayıcı maddə istehsalı müəssisəsində partlayış baş verib.
Bu barədə Ankara valisi Vasip Şahin məlumat verib.
Onun sözlərinə görə, hadisə yerli vaxtla saat 08:45-də kimyəvi proses zamanı meydana gəlib və 5 işçi həyatını itirib.
Vali əlavə edib ki, faktla bağlı istintaq başladılıb.
"Dağıntılar altında qalan hər kəs çıxarılıb, xəsarət alan olmayıb" - deyə o qeyd edib./APA