Azərbaycanda daha bir partiya özünü buraxıb. Modern.az xəbər verir ki, Milli Həmrəylik Partiyası (MHP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.
Partiya 1993-cü ildə dövlət qeydiyyatına alınıb, sədri Əlisahib Hüseynov olub.
MHP özünü 1992-ci ildə yaradılmış Demokratik Azərbaycan Dünyası Partiyasının hüquqi varisi hesab edir.
Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 24-ə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır:
1. Qorqud Partiyası
2. Azərbaycan Kommunist Partiyası
3. Azərbaycan Tərəqqi Partiyası
4. Vahid Azərbaycan Milli Birlik Partiyası
5. Aydınlar Partiyası
6. Müstəqil Xalq Partiyası (MXP)
7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)
8. Yeni Yol Partiyası
9. Azərbaycan Respublikaçılar Partiyası
10. Müstəqil Azərbaycan Partiyası