"Heç kim bu dünyadan yığdığını apara bilmir. Nə qədər söz-söhbətlər, bir-biri ilə didişmələr olar? Vallah, müğənnilərin adı çıxıb. Adi insanların etdiyini heç müğənnilər etmir. Bütün günü izləyirik də efirləri, izləyə bilməsək də ən azından sosial şəbəkələrdə görürük. Bir-birlərini qırırlar, ailə dəyərləri qalmayıb. Vallah 5 günlük dünyadır. 15 yaşından pul qazanıram, pul problemi yaşamamışam. Həmişə Allahdan özümə, yaxınlarıma can sağlığı arzulamışam. Bir də görürsən ki, pulun var, amma canın ağrıyır. Pul da o canı sağalda bilmir. Can sağlığı olanda pul da qazana bilirsən, ruhun da təzələnir. Allah nə veribsə həmişə şükür etmişəm. Fəhlə ailəsində dünyaya göz açmışam. Atam da, anam da maaşa baxan olublar. Anam da sevinirdi ki, mən 15 yaşımdan pul qazanıram. Mən buğa bürcüyəm, bu şanslı bürcdür".
Pravda.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib.
"Müğənnilər bir-birlərinin üzünə gülürlər, o tərəfə keçən kimi arxalarınca danışırlar. Necə görünürlərsə elə də olsunlar. O qədər sifətlər görürəm ki. Danışırsan, söhbət edirsən, üzünü o yana çevirən kimi başqa bir şey danışır. Olmaz belə. Bəzən mən də istəyirəm ki, kiminsə arxasınca danışım, görürəm ki, məndə alınmır. İstəyirəm harasa gedəndə gecikim, amma məndə alınmır. Mən sözümdə həmişə düz olmuşam. Bu işləri bilmirəm. Yalançı, fırıldaq ola bilmirəm" deyə müğənni bildirib.
Müğənni toylarından da danışıb.