İyunun 10-u saat 23 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində 1977-ci il təvəllüdlü Müşfiq Məmmədovun odlu silahdan açılan atəş nəticəsində ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Kürdəmir rayon prokurorluğunun verilən məlumata görə, aparılmış araşdırma zamanı 1968-ci il təvəllüdlü Cümşüd İslamovun aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi odlu silahdan atəş açmaqla Müşfiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.