Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Adil Əliyev Hanaf Ali Əl Gebali ilə görüşdü - FOTO

772
Paylaş:
Adil Əliyev Hanaf Ali Əl Gebali ilə görüşdü -   FOTO

Azərbaycan Milli Məclisinin sədri Adil Əliyev Misir Ərəb Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali ilə Parlamentdə görüşüb.

Pravda.az-ın xəbərinə görə, görüşdə 2022-ci ildə Azərbaycan və Misir arasında diplomatik münasibətlərin inkişafının məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin prezidentliyi dövrünə təsadüf etməsini və Ulu Öndərin 1994-cü ildə Misirə səfəri ilə ölkələrimiz arasında əlaqələrin inkişaf mərhələsinə qədəm qoymasını bildirdim. Eləcə də, Prezident İlham Əliyevin 2007-ci ildə Misirə, cari ildə isə Misirin prezidenti cənab Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərlərinin dostluğumuzu möhkəmləndirməsini bildirdim. İkitərəfli münaisbətlərlə bərabər, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin hər iki ölkənin marağına uyğun olmasını bildirdim. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Azərbaycanın təşəbbüsü və rəhbərlik etdiyi dönəmdə ilə yaradılmasını qeyd edərək, bunun dövlətlərarası münasibətlərə xüsusi təkan verəcəyini bildirdim.

Cənab Hanaf Ali Əl Gebali bu ilin may ayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xüsusi iclasın keçirilməsində dünyanın müxtəlif ölkələrindən olan parlament sədrləri ilə bərabər ölkəmizə səfərini və Milli Məclisdə çıxışını xatırlayaraq, Heydər Əliyevin onlar üçün də böyük tarixi şəxsiyyət olmasını qeyd etdi. Eləcə də, bu səfərlər zamanı Prezident İlham Əliyevlə, Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşlərdən böyük məmnunluq duyduğunu qeyd etdi. Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirə ilə davam etdi.

Paylaş:

Ən son xəbərlər