“Laçın” sərhəd-buraxılış məntəqəsi bazar günü də sabit iş rejimində fəaliyyətini davam etdirir.
Bunu Caliber.Az-ın yaydığı yeni videokadrlar sübut edir.
Bildirilir ki, 2023-cü il aprelin 23-də yaradılmış “Laçın” sərhəd-keçid məntəqəsi sutkada 24 saat, həftədə 7 gün fasiləsiz fəaliyyət göstərir ki, bu da buraxılış məntəqəsinin rejimini xeyli sadələşdirir.