Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Tanışını öldürən şəxs yenidən məhkəmə qarşısında

701
Paylaş:
Tanışını öldürən şəxs yenidən məhkəmə qarşısında

Gəncə şəhərində qətl törətməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Elçin Əliyev barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 14-nə təyin edilib.

Qeyd: 2021-ci il noyabrın 8-də Samux-Gəncə avtomobil yolunun kənarında Gəncə şəhər sakini Ayxan Məmmədov öldürülüb.

Müəyyən edilib ki, onu tanışı Elçin Əliyev bıçaqla qətlə yetirib.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər