Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Pravda.az bu barədə FHN-ə istinadən xəbər verir.
Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir.
***
12:14
Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın başlayıb.