Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Türkiyə Prezidenti şəhidlərin xatirəsini ehtiramla yad etdi - FOTO

610
Paylaş:
Türkiyə Prezidenti şəhidlərin xatirəsini ehtiramla yad etdi -     FOTO

Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.

Pravda.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydu, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzdü.

Ali qonaq Xatirə kitabına ürək sözlərini yazdı.

Paylaş:

Ən son xəbərlər