Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bulvardakı görüntüsü ilə gündəm olan gənclə bağlı qərar verildi - VİDEO

1 525
Paylaş:
Bulvardakı görüntüsü ilə gündəm olan gənclə bağlı qərar verildi -       VİDEO

Sosial şəbəkələrdə Dənizkənarı Milli Park ərazisində gənc oğlanın qışqıraraq qeyri-adekvat hərəkətlər etdiyini əks etdirən görüntülər yayılıb.

Həmin şəxs aqressiv şəkildə qışqıraraq kənddən gəldiyini, sevdiyi qızı axtardığını deyib. Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev ölkə.az-a bildirib ki, gəncin şəxsiyyəti müəyyən edilib:

"İyunun 4-ü və 5-də Dənizkənarı Milli Park ərazisində uca səslə nalayiq ifadələr işlədən şəxslə bağlı vətəndaş müraciətləri daxil olub. Sağlamlıq vəziyyəti nəzərə alınaraq 1997-ci il təvəllüdlü M.Abbasov 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib, hazırda onun müalicəsi davam etdirilir”.

 
 
Paylaş:

Ən son xəbərlər