Milli Məclis deputat Ramin Həsənlə Milli Məclis rəhbərliyi arasında yaranamış durumla bağlı məsələyə aydınlıq gətirib.
Milli Məclisin Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar Milli Məclisin Plenar iclaslarında sanitariya normalarına riayət etmək üçün deputatlar iki metr məsafə ilə hər sırada bir nəfər əyləşdirilməklə yerləşdirmək məcburiyyəti yaranıb. Milli Məclisin Plenar iclas zalında bu qayda ilə 96 deputat yerləşə bilər. Deputatların hamısını əyləşdirmək məqsədi ilə nisbətən cavan deputatlar qabaqcadan məlumatlandırılıb ki, onlar zalda qonaqlar üçün nəzərdə tutulmuş yuxarı yerlərdə yerləşdiriləcəklər. Həmin yerlərdə deputatlara çıxışa yazılmaq və çıxış etmək üçün şərait yaradılıb. Səsvermə isə əlqaldırma yolu ilə həyata keçirilir. Bu tədbir müvəqqəti çıxış yolu kimi deputatlar tərəfindən qiymətləndirilib.