Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı: xəsarət alanlardan biri uşaqdır

592
Paylaş:
Azərbaycanda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı:     xəsarət alanlardan biri uşaqdır

Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb.

Pravda.az Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunda qeydə alınıb.

Belə ki, "Ford” markalı mikroavtobusla KIA markalı minik avtomobili toqquşublar.

Nəticədə 1964-cü il təvəllüdlü Gülnarə Güloğlan qızı Xanəliyeva, 2016-cı il təvəllüdlü Şəlalə Əliağa qızı Tağıyeva, 1974-cü il təvəllüdlü Vəsilə Məlikməmməd qızı İmamova və 2001-ci il təvəllüdlü Rizvan Qurban oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların rayonda yerləşən bağlardan birinə fəhlə kimi işləməyə getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər