Nelson Mandela Universitetinin alimləri Cənubi Afrika Respublikasında 153 min il əvvələ aid ən qədim “Homo sapiens” izlərini aşkar ediblər.
Bu barədə “İchnos” jurnalında dərc olunan məqalədə deyilir.
İndiyə kimi Afrikada 50 000 ildən çox yaşı olan 14 ixnozit (hominidlərin fəaliyyətinin izləri) aşkar edilib. Onlar Şərqi Afrika klasterinə (5 iz) və Keyptaun sahillərində Cənubi Afrika klasterinə (9 yol) bölünür. Daha 10 ixnozit dünyanın digər ölkələrində, o cümlədən Böyük Britaniya və Ərəbistan yarımadasında yerləşir.