Nazirlər Kabineti “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edilməsindən irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə” qərar verib.
Pravda.az xəbər verir ki, qərara əsasən, “Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olmuş zabit heyəti vəzifələrinin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində mövcud olan zabit heyəti vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilib.
Müəyyən edilib ki:
-Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üzrə mövcud olmuş dərəcələr Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində müəyyən edilmiş müvafiq dərəcələrə bərabər tutulur;
keçmiş xüsusi dövlət mühafizə orqanlarında xidmət etmiş hərbi qulluqçuların, habelə həmin orqanlarda işləmiş mülki işçilərin bu orqanlarda xidməti (əmək fəaliyyəti) dövründə yaranan sosial təminat və digər hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələlər üzrə hüquqi varis qismində onların şəxsi işlərinin saxlanıldığı aşağıdakı dövlət orqanları çıxış edir:
-Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;