Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Daşkəsəndə restoranda dava olub, xəsarət alan var

675
Paylaş:
Daşkəsəndə restoranda dava olub, xəsarət alan var

Daşkəsən şəhərində yerləşən restoranların birində qonaqlar arasında yaşanan mübahisə davaya çevrilib, xəsarət alan var.


Pravda.az-ın "Report"a istinadən məlumatına görə, dava rayon sakinlərindən birinin övladının orta məktəbi bitirməsi münasibəti ilə təşkil edtdiyi məclisdə baş verib.


Nəticədə Daşkəsən rayon sakini, 1997-ci il təvəllüdlü İ.Cəfərov baş və üz nahiyəsindən xəsarət alıb.


O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.


Hadisənin hansı səbəbdən baş verdiyi isə hələ ki, məlum deyil.


Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər