Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

İki avtomobilin arasında qalan gənc faciəvi şəkildə öldü

719
Paylaş:
İki avtomobilin arasında qalan gənc faciəvi şəkildə öldü

İyun ayının 15-də Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub.
 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub.


İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon sakini Vilayət Nəbiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan zaman yolun kənarında dayanmış Kamal Əsədova məxsus VAZ-2172 (Lada Priora) markalı avtomobil ilə toqquşub.

Toqquşmadan əvvəl sərnişin, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov avtomobildən düşmək istəyib və bu zaman o, iki avtomobilin arasında qalaraq xəsarət alıb və aparıldığı Ağstafa rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər