Sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərin vahid aylıq müavinətinin dayandırılacağı xəbərləri yayılıb.
Məlumatlarda bildirilir ki, VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən "çörək pulu" kəsiləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev "Xəzər Xəbər"ə bildirib ki, bu məsələ Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən qanunla tənzimlənir. Həmin qanun isə 2017-ci ildən qüvvədədir. Yəni bu yeni məlumat deyil. Həmin qaydaya əsasən məcburi köçkün statusu olan şəxslərə vahid aylıq müavinət ödənilir.