Dövlətə xəyanətdə ittiham olunan Sədayıl Şükürov azadlığa buraxılıb. Bu barədə Bakupost.az –a onun vəkili Babək Həmidov məlumat verib.
Vəkil bildirib ki, S. Şükürov dövlətə xəyanətdə ittiham olunan Azərbaycan tarixində məhkəmə zalından azad edilən ilk və tək şəxsdir:
“22 yanvar 2018-ci il, həbs olunduğu ilk gündən 31 may 2023-cü il, azad olunduğu günə qədər vəkili oldum. 5 il, 4 aylıq şəxsimə yönələn təhqir və təzyiqlərlə müşayiət olunan ağır, gərgin məhkəmə istintaqının sonunda həbsinin 4 ilini ölkədəki tək, xüsusi rejimli cəzaçəkmə müəssisəsi olan Qobustan Qapalı Həbsxanasında (Krıtıda) cəza çəkən müdafiə etdiyim şəxsin azadlığa qovuşmasına səbəb olmaq vəkillik fəaliyyətimin ikona işi oldu.