BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn ilin ehtiyac meyarının məbləği bilindi

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub.

 

Pravda.az-ın məlumatına görə, bu, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.

 

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Tarix: 29 Noyabr 2019, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin