Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Audiovizual Şura Bakı Teleqüllə Kompleksindən yayım kanallarının ayrılması üçün müsabiqə elan etdi

623
Paylaş:
Audiovizual Şura Bakı Teleqüllə Kompleksindən yayım kanallarının ayrılması üçün müsabiqə elan etdi

Azərbaycan Respublikası Audiovizual Şurası ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə radiotezliklərin (Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları) ayrılması üçün müsabiqə elan edib.

Pravda.az xəbər verir ki, sənədləri elektron formatda göndərmək üçün poçt ünvanı belədir: [email protected]. Notarial təsdiq tələb olunan sənədlər Şuraya canlı olaraq təqdim edilməlidir.

Sənədlər Azərbaycan Respublikası Audiovizual Şurasının inzibati binasında (Bakı şəhəri, AZ1138, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 315, otaq № 23) bu il iyunun 19-dan avqustun 2-dək iş günləri saat 10.00-dan 17.00-dək qəbul olunur.

Paylaş:

Ən son xəbərlər