17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə Naftalan şəhər Mərkəzi Xəstəxanasında tibb işçiləri ilə görüş keçirilib.
Pravda.az xəbər verir ki, görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət Vəkili Anar Məmmədov, Mərkəzi xəstəxananın direktoru Samir Allahverdiyev, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, tibb işçiləri iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Tibb işçilərini, peşə bayramı münasibəti ilə təbrik edən icra başçısı və millət vəkili qeyd ediblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, səhiyyə müəssisələri bərpa edilərək müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.