Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Kürdə batan 3 nəfərin meyiti tapıldı - YENİLƏNDİ

816
Paylaş:
Kürdə batan 3 nəfərin meyiti tapıldı -   YENİLƏNDİ

Neftçala rayonunun Cəngan kəndi ərazisində Kür çayında üç nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində iyunun 16-da axşam saatlarında batan 3 nəfər yeniyetmənin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

21:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

İyunun 16-da axşam saatlarında Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində batan 3 nəfərdən ikisinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş:

Ən son xəbərlər