Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

DİN marketdə spirtli içkiləri sındıran şəxslə bağlı məlumat yaydı

961
Paylaş:
DİN marketdə spirtli içkiləri sındıran şəxslə bağlı məlumat yaydı

Bakının Yasamal rayonu ərasizindəki marketə gələn naməlum şəxs orada olan spirtli içkiləri qəsdən sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurub.


Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.


Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılıb.


Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:

Ən son xəbərlər