BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın yeni Ombudsmanı seçildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

 

Pravda.az-ın xəbərinə görə, ombudsman vəzifəsinə üç xanım namizəd irəli sürülüb.

 

Prezident İlham Əliyevin parlamentdə təqdim etdiyi namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

 

Müzakirələrdən sonra səsvermə ilə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

 

Xatırlatma: Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.

Fotoları təqdim edirik
Tarix: 29 Noyabr 2019, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin