Altı il əvvəl bir milyonluq dələduzluqda təqsirli bilinərək məhkəmə hökmü ilə psixiatriya xəstəxanasına yerləşdirilən H.Allahverdiyevanın işi yenidən araşdırılıb. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin budəfəki hökmü ilə H.Allahverdiyeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə deyilir ki, ittiham olunan şəxs artıq psixoloji xəstəlikdən əziyyət çəkmir, buna görə də cəzaçəkmə müəssisəsinə göndərilməlidir.
Qeyd edək ki, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində H. Allahverdiyevaya hökm oxunub.