“Ermənistanda bəzi qüvvələr var ki, onların şəxsi maraqları Azərbaycanla münaqişənin mövcudluğundan asılıdır”. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsini şərh edərkən deyib.
“Onlar revanşist ifrat millətçilərdir, “Daşnaksutyun” üzvləridir, onların ABŞ qolu olan Amerika Erməni Milli Komitəsi daim Azərbaycan və Türkiyəyə qarşı nifrət dolu mesajlar yayır. Məhz onlar mənim Azərbaycana səfir təyin olunmağıma mane oldular”, - deyə M.Brayza bildirib.
Onun sözlərinə görə, revanşistlər istər Ermənistanda olsun, istərsə də ABŞ-də bilirlər ki, Azərbaycanla sülhün olmaması onlara daha çox siyasi və maliyyə dividentləri gətirəcək.