Bankomatdan pulunu çıxarıb mənimsədilər. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü, tanınmış kino xadimi Əsəd Əsədova qarşı dələduzluq edilib. Hadisə iyunun 10-u saat 14:00 radələrində Nəsimi rayonu ərazisində baş verib.
Bununla bağlı “Xəzər Xəbər”ə 7 ildir xərçəng xəstəliyindən əziyyət çəkən Əsəd Əsədovun həyat yoldaşı İradə Əsədova məlumat verib.
İ. Əsədovanın sözlərinə görə, bankomatın qarşısındakı şəxs karta baxıb və deyib ki, bankomatda pul yoxdur. Amma balansınızda vəsait var.