Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şəkidə evdə baş verən partlayışda xəsarət alan azyaşlılar öldü

1 024
Paylaş:
Şəkidə evdə baş verən partlayışda xəsarət alan azyaşlılar öldü

Şəkidə qaz sızması səbəbində evdə baş verən partlayışda ağır xəsarət alan azyaşlılar dünyasını dəyişib.

Hadisə zamanı ağır xəsarət alan 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişiblər.

Ona qeyd edək ki, azyaşlıların anası 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova isə Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, ötən gün Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb./APA

Paylaş:

Ən son xəbərlər