Astara rayonun Pensər kəndində ustanın ehtiyatsızlığı faciəyə səbəb olub.
Tikinti materiallarının satışı obyektində Ərçivan qəsəbə sakini, 1961-ci il təvəllüdlü Zeynalov Firudin Sübhan oğlu diskli kəsici alətlə (laqonda) işləyən zaman anidən partlayış baş verib.
Partlayışın dalğasından ustanın əlindəki aparat onun üzünü kəsib. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. F. Zeynalova baş-sifət nahiyəsinin dərin kəsilmiş-didilmiş yarası diaqnozu qoyulub.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.