Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bu rayondan sel keçib

758
Paylaş:
Bu rayondan sel keçib

Faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-i saat 16:00-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Saat 15:13 radələrində Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib.

Saat 15:10 radələrində Ağdam rayonu Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm dolu düşüb.

Qərb küləyi Goranboyda 25 m/s, Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, İsmayıllıda 22m/s, Göyçayda 20 m/s, Şəmkirdə 18 m/s, Göygöldə 16 m/s-dək güclənib.

Paylaş:

Ən son xəbərlər