Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər saatlarında Kəlbəcərdə vəfat edib.
Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, 52 yaşlı jurnalistin nənəsi 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşən zaman vəfat edib. Qadın qaçhaqaç məqamında dəfn edildiyi üçün, onun məzarına hər hansı nişan qoyulmayıb.
Yalnız Kəlbəcər işğaldan azad olunandan sonra Zülfüqar Hüseynzadə nənəsinin məzarını tapmaq qərarına gəlib. O, ötən il bununla bağlı Prezident Administrasiyasına icazə üçün müraciət edib və təklifi müsbət qarşılanıb.