Xəbər verdiyimiz kimi, "Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər Kəlbəcərdə, doğma Başlıbel kəndində ürəktutmadan vəfat edib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində bununla bağlı paylaşım edib.
“Allah rəhmət eləsin! Vətənini və dövlətini sevən vətəndaş və jurnalist idi. Azərbaycan jurnalistikası üçün böyük itkidir. Doğulduğu və boya-başa çatdığı, 30 il həsrətində olduğu Kəlbəcəri xüsusi yanğı və məhəbbətlə sevirdi. Son mənzili də Kəlbəcər oldu”, deyə o, qeyd edib.