Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Naxçıvanda qadın boğularaq öldürüldü, cinayət işi açıldı - YENİLƏNDİ

700
Paylaş:
Naxçıvanda qadın boğularaq öldürüldü, cinayət işi açıldı -   YENİLƏNDİ

Naxçıvanda qadın boğularaq qətlə yetirilib, cinayət işi açılıb.

Bu barədə Pravda.az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 19-u saat 08 radələrində Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 2000-ci il təvəllüdlü Telli Alcəfərovanın ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Röyal Zeynalovun yaşadığı evin həyətində həmkəndlisi Telli Alcəfərovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Röyal Zeynalov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

***

09:42

İyunun 19-da saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər